AQUAPRO MMC 2012-ci ildə yaradılmışdır. AQUAPRO-nun yaradılmasında əsas məqsəd istilik elektrik stansiyaları, istilik təchizatı sistemləri, müxtəlif təyinatlı qazanxanalar üçün əlavə suyun, məişətdə işlədilən soyuq və
isti suyun, müxtəlif zavod və fabriklərdə işlədilən yumşalmış, kimyəvi və ya termiki üsulla duzsuzlaşdırılmış suların hazırlanması üçün qurğuları yüksək elmi-texniki səviyyədə layihə etmək, onları quraşdırmaq, işə buraxma və sazlama əməliyyatlarını həyata keçirməkdir.
Bundan əlavə MMC şəhər və rayon mərkəzləri üçün xlorlama stansiyalarının, binalarda içməli su qurğularının, o cümlədən xlorlama sistemlərinin quraşdırılması, işə salınması və sazlama əməliyyatlarını, isti su və buxar qazanlarının, boylerlərin, esenjorların kimyəvi üsulla yuyulmasını həyata keçirir.
AQUAPRO MMC – də görülən işlərə elmi-texniki rəhbərlik texnika elmləri doktoru, professor Cəlilov Mərdan Fərəc oğlu tərəfindən aparılır.