Xidmətlərimiz

AQUAPRO ilkin suyun tərkibindən, emal edilmiş suyun tərkibinə, ətraf mühitin qorunmasına verilən tələblərdən, istilik-texniki və ya digər avadanlıqların növündən və işçi xarakteristikasından asılı olaraq dəniz və şirin suyun emal qurğularını hazırlaya bilir.

 

İstilik elektrik stansiyaları, istilik təchizatı sistemləri, müxtəlif təyinatlı qazanxanalar üçün əlavə suyun, məişətdə işlədilən soyuq və isti suyun, müxtəlif zavod və fabriklərdə işlədilən yumşalmış, kimyəvi və ya termiki üsulla duzsuzlaşdırılmış suların hazırlanması üçün qurğuları yüksək elmi-texniki səviyyədə layihə edir, quraşdırır, işə buraxır və sazlama əməliyyatlarını həyata keçirir.

 

İsti su və buxar qazanlarını, boylerləri və esenjorları ərpdən kimyəvi üsulla yuyur, isitmə konturuna korroziyanın qarşısını alan kimyəvi maddə əlavə edir.

 

Şəhər və qəsəbələrin xlorlama sistemlərini quraşdırır, sazlayır  və işə salır.

 

Yaşayış binalarında içməli su, o cümlədən xlorlama  qurğularını qurur, sazlayır  və işə salır.

 

Su hazırlama qurğuları olan obyektlərdə texniki servis xidmətini göstərir. 

 

Sonda qurğu saz vəziyyətdə sifarişçiyə akt ilə təhvil verilir. Təhvil zamanı qurğunun istismar edilmə qaydalarının, baş verə bilən nasazlıqların, onların aradan qaldırılması və digər məsələlərin öz əksini tapdığı “İstismar Təlimatı” da sifarişçiyə təqdim edilir.

 

İsti su və buxar qazanlarının istilikötürmə səthi ərpdən kimyəvi üsulla yuyulması prosesindən əvvəl və sonra endoskopik analiz edilir və nəticələr sifarişçiyə təqdim olunur.

 

Müştərilər

  • müxtəlif tərkibli su tələb edən bütün sənaye müəssisələri
  • qazanxanalar
  • istilik elektrik stansiyaları
  • kimya, neft-kimya, metallurgiya və digər profilli zavodlar
  • şəxsi ev, mənzil və villa sahibləri